• Bakı 29° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Bəzi ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

02 Sentyabr 2025 | 09:12

Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün İsmayıllıda gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bakıvaxtı.az-a verilən məlumata görə, İsmayıllı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq "Qəbələ-1" hava xəttində sentyabrın 2-də gücləndirmə işləri həyata keçiriləcək.

    Məlumata görə, qeyd olulanlarla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək rayonun Buynuz, İstisu, Qalacıq, Sumağallı, Topçu kəndlərində, eləcə də bir sıra sahibkarlıq obyektlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    "Gücləndirmə işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.


    SON XƏBƏRLƏR

    01 Sentyabr 2025