• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bill Qeyts sərvətini hara xərcləyəcəyini AÇIQLADI

DÜNYA

14 Iyul 2022 | 00:57 | Müəllif: Qalib İbrahimoğlu

Bill Qeyts sərvətini hara xərcləyəcəyini AÇIQLADI

“Mən sərvətimin demək olar ki, hamısını “Gates Foundation” xeyriyyə fonduna verməyi planlaşdırıram".

Bakıvaxtı.az xəbər verir ki, bunu amerikalı sahibkar Bill Qeyts deyib.

B.Qeyts "Twitter" paylaşımında həyatının sonuna qədər bütün var-dövlətini özünün xeyriyyə fonduna verməyi planlaşdırdığını qeyd edərək, bildirib ki, o, siyahıda aşağı enəcək və sonda dünyanın ən varlı adamları reytinqindən çıxacaq.

Sahibkar fəaliyyətin genişləndirilməsi çərçivəsində yaxın ayda fonda 20 milyard dollar köçürəcəyini də əlavə edib.

"Ümid edirəm, böyük sərvət və imtiyazlara malik olan digər insanlar da məndən nümunə götürəcəklər", - deyə Bill Qeyts vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR