• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bill Qeyts yenidən evlənir? - Şansım olsaydı... 

DÜNYA

04 May 2022 | 10:08 | Müəllif: Qalib İbrahimoğlu

Bill Qeyts yenidən evlənir? - Şansım olsaydı...

27 illik həyat yoldaşı Melinda Qeytsdən boşanan “Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeyts “The Sunday Times” qəzetinə evliliyi ilə bağlı maraqlı müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, o, Melinda ilə evləndiyinə görə peşman olmadığını və keçmişə dönə bilsə, yenidən onunla evlənə biləcəyini etiraf edib:

"Hər evlilik müxtəlif olur. Təəssüf ki, mənimki boşanma ilə bitdi. Amma mənim nöqteyi-nəzərimdən çox gözəl münasibət idi, heç nəyi dəyişməzdim. Şansım olsaydı, başqası ilə yox, elə Melinda ilə yenidən evlənərdim".

Bill bildirib ki, boşanma zamanı aralarında sərvət üstündə çəkişmə olmayıb, razılığa gələrək evliliyi sonlandırıblar (axsam.az). O, həmçinin yenidən nikah bağlamaq fikrinin olmadığını da vurğulayıb.

Qeyd edək ki, Bill və Melinda ötən ilin avqustunda rəsmi olaraq boşanıblar. Melinda buna uzun illər ərzində yığılan fikir ayrılıqları səbəb olduğunu açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026