• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bir gündə Ukraynanın 69 hərbi obyekti vuruldu

DÜNYA

30 Mart 2022 | 20:21 | Müəllif: Subhan Mahmudov

Bir gündə Ukraynanın 69 hərbi obyekti vuruldu

Rusiya döyüş təyyarələri və pilotsuz təyyarələri son sutkada Ukraynanın 69 hərbi obyektini vurub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

“Bunlar arasında üç komanda məntəqəsi, iki reaktiv yaylım atəşi sistemləri qurğusu, 8 döyüş sursatı və raket və artilleriya silahları anbarı, 52 hərbi texnikanın cəmləşdiyi ərazilər var, - general-mayor vurğulayıb.

Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya ordusu 124 təyyarə və 77 helikopter, 214 zenit-raket kompleksi, 323 PUA, 1767 tank və digər zirehli döyüş texnikası, 186 MLRS qurğusu, 741 səhra artilleriyasını, o cümlədən 1657 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026