Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ayı başa çatdığı bir vaxtda Ukrayna dünyanın hər yerindən yardım almağa davam edir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden sözünün üstündə durduğu halda, Ukraynaya göndəriləcək yeni silahların siyahısı açıqlanıb və büdcədə qəbul edilib.
ABŞ-ın Ukraynaya göndərilməsinə icazə verdiyi bütün silahların siyahısı belədir:
Siyahıda 400-dən çox “Stınger” daşınan zenit-raket kompleksi var. Bu raketlər təyyarələri və digər raketləri məhv etməyə qadir olan, çiyindən atılan raket sistemidir.
Silahların siyahısında 5500-dən çox “Javel”in var. “Javel”in tək bir nəfər tərəfindən daşınan və atılmağa qadir olan tank əleyhinə silahdır.
14.000-dən çox zireh əleyhinə sistemlər, 700-dən çox “Switchblade” dron, 183.000 top mərmisi, 16 Mİ-17 helikopteri, yüzlərlə zirehli çoxməqsədli təkərli avtomobil, 200 M113 zirehli şəxsi heyyəti daşıyan nəqliyyat vasitəsi, 50 milyondan çox mərmi sursatı Ukraynaya göndəriləcək.
Qeyd edək ki, Rusiya ölkənin şərqinə hücuma başlayandan bəri Pentaqon Ukraynaya təhlükəsizlik üçün 4 milyard dollardan çox yardım vəd edib.
Ramid İbrahimov
















