• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukrayna ordusu bu kəndi AZAD ETDİ

DÜNYA

29 Aprel 2022 | 15:37 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu bu kəndi AZAD ETDİ

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Telegram-da bildirib ki, Ukrayna hərbçiləri Xarkov yaxınlığındakı strateji əhəmiyyətli Russkaya Lozovaya yaşayış məntəqəsini azad edib.

Bakıvaxtı.az xəbər verir ki, "Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskinin rəhbərliyi ilə hücum bölməsinin qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini ruslardan azad edib. Hazırda o, tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır", - məlumatda deyilir.

Qeyd edilir ki, bu, Xarkov-Belqorod magistralının üzərində yerləşən strateji əhəmiyyətli yaşayış məntəqəsidir, "məhz bu şəhərətrafı ərazidən ruslar Xarkov şəhərinin mülki infrastrukturunu və yaşayış massivlərini atəşə tutublar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR