• Bakı 12° C

    14.48 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

"Bizim kənddən bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub" - Prezidentlə maraqlı dialoq

CƏMİYYƏT

18 Mart 2025 | 21:20

Bizim kənddən bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub - Prezidentlə maraqlı dialoq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Bakıvaxtı.az-ın məlumatına görə, dövlət başçısı sakinlərlə görüşüb, söhbət edib:

Kişi sakin: Bu sakinlər hamısı heyvandarlıqla məşğul olublar. Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram, görməmişik, eşitməmişik.

Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar.

Kişi sakin: Ümumiyyətlə, bizə gülünc gəlir.

Prezident İlham Əliyev: Özlərini müxalifətçi adlandıran bəziləri dövlətə qarşı, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə ermənilərlə birləşib. Bu, dövlətə qarşı düşmənçilikdir və əslində, xəyanətdir.

Kişi sakin: Bəli, bəli, xəyanətdir.


SON XƏBƏRLƏR

18 Mart 2025