ABŞ dövlət katibi Entoni Blinken son mətbuat konfransını keçirib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, HƏMAS- ın danışıqlara daxil edilməsindən danışan amerikalı nazir Türkiyə və prezident Ərdoğanın rolunu vurğulayıb.
Belə ki,Blinken, HƏMAS-ın danışıqlar masasına qayıtması ilə bağlı çoxlu görüşlər keçirdiklərini və bu çərçivədə prezident Rəcəb Tayyib Ərdoğandan da kömək istədiklərini bildirib.
"Biz ondan HƏMAS-ı yenidən masaya gətirmək və razılaşmanı yekunlaşdırmağa çalışmaq üçün ağırlığından və təsirindən istifadə etməsini istədik. O, bunu etdi", - Blinken deyib.
Mina Mikayılova