• Bakı 20° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

BMT İsraili Qəzzanı dağıtmaqdan çəkinməyə çağırıb

DÜNYA

17 Sentyabr 2025 | 12:25

BMT İsraili Qəzzanı dağıtmaqdan çəkinməyə çağırıb

"Qəzza şəhərini qəsdən dağıtmaq prosesi dayandırılmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani bildirib.

Şamdasani Qəzza şəhərinin cənub-qərbinə ağır artilleriya atəşlərinin baş tutmasını və tankların irəliləməsini qeyd edərək, İsrailin mülki şəxsləri hədəf almasının müharibə qaydalarına zidd olduğunu vurğulayıb.

Həmçinin, İsrail ordusunun Qəzza şəhərindəki Rantisi Uşaq Xəstəxanasını hədəf alması və 1 milyon fələstinlini zorla evlərindən çıxartmağa çalışması insan haqları pozuntusu olaraq qiymətləndirilib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Sentyabr 2025