• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

BMT rəsmisi istefa verdi

DÜNYA

01 Noyabr 2023 | 14:20

BMT rəsmisi istefa verdi

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Nyu-York ofisinin direktoru BMT-nin Qəzza zolağında mülki fələstinlilərə qarşı soyqırımının qarşısını almaq vəzifəsini yerinə yetirməməsinə etiraz olaraq tutduğu vəzifədən istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, Kreyq Mokhaiber BMT-nin Cenevrədəki Ali Komissarı Volker Türkə müvafiq məktub göndərib.

"Biz bir daha soyqırımın gözümüzün önündə cərəyan etdiyini görürük və xidmət etdiyimiz təşkilat bunu dayandırmaqda aciz görünür”,- deyə o yazıb. Mokhaiber xatırladıb ki, BMT Ruandada tutsilərə, Bosniyada müsəlmanlara, İraq Kürdüstanında yezidilərə və Myanmada Rohincalara qarşı əvvəlki soyqırımların da qarşısını ala bilməyib.

 Kreyq Mokhiber 1992-ci ildən BMT-də işləyir. O, hüquqa əsaslanan yanaşmanın inkişaf etdirilməsi üzrə Ali Komissarın işinə rəhbərlik edib və Fələstin, Əfqanıstan və Sudanda insan hüquqları üzrə baş məsləhətçi kimi fəaliyyət göstərib.

Beynəlxalq insan haqları hüququ üzrə ixtisaslaşmış hüquqşünas Mokhaiber 1990-cı illərdə Qəzzada yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026