Malatyada 4,8 bal gücündə zəlzələ baş verib
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) xəbər verib.
Məlumata görə, yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində yerləşib.
Zəlzələ ətraf əyalət və rayonlarda da hiss olunub.

















