Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yaralı sayı 111 nəfər təşkil edir.
20:09
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorod şəhərini atəşə tutması nəticəsində azı 14 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
"Yenilənmiş məlumata görə, Belqorodda 12 böyük və 2 uşaq ölüb. Daha 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb", - nazirlikdən bildiriblər.
17:55
Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Bakıvaxtı.az bildirir ki, şəhərin atəşə tutulması nəticəsində 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
















