• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Boksçumuz Macarıstandakı turnirdə çempion oldu

İDMAN

23 Dekabr 2024 | 13:56

Boksçumuz Macarıstandakı turnirdə çempion oldu

Azərbaycan boksçusu Tayfur Əliyev (60 kq) “HELL Boxing Kings”də mövsümün çempionu olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Oyunlarının mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli boksçu Kovaç Kruzito ilə qarşılaşıb. 6 raund davam edən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.

Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026