• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Boris Conson Ukrayna üçün ianə yığmağa başlayıb

DÜNYA

27 Noyabr 2022 | 19:32

Boris Conson Ukrayna üçün ianə yığmağa başlayıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya dərman almaq üçün vəsait toplama kampaniyasına başlayıb.

Bakıvaxtı.az “The Guardian”a istinadən xəbər verir ki, keçmiş baş nazir yaxınlaşan Milad bayramları öncəsi müraciətini dərc edib.

Həmin dövrdə ölkədə siyasi və ictimai tanınmış şəxslərin, idman və şou-biznes ulduzlarının iştirakı ilə bir çox xeyriyyə tədbirləri keçirilir.

“Britaniya xalqı səxavət və alicənablığı ilə tanınır və onlar hətta çətin günlər gələndə belə bu qabiliyyətlərini nümayiş etdirirlər, ona görə də mən sizi bu Milad bayramında əllərinizi ciblərinizə qoymağa çağırıram”, - deyə keçmiş baş nazir bildirib.

Onun sözlərinə görə, yığılacaq pula Ukraynaya göndəriləcək dərmanlar və tibbi avadanlıqlar alınacaq.

İanələr əvvəllər bir dəfə Ukrayna üçün 3 milyon funt sterlinqdən çox vəsait toplayan Circle Health Foundation-a gedəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024