• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Boyun disk yırtığı - ƏSAS SİMPTOMLAR

CƏMİYYƏT

18 Mart 2022 | 03:19

Boyun disk yırtığı - ƏSAS SİMPTOMLAR

İnsan boynunda 7 ədəd fəqərə vardır. Bu fəqərələr biri-birilə yumşaq qığırdaq olan, fəqərəarası disklərlə birləşirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu qığırdaq disklərin vəzifəsi fəqərələri biri-biriylə birləşdirməklə yanaşı, iki qonşu fəqərə arasında amortizasiya funksiyası görməkdir.

Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bildirib ki, elastik xüsusiyyətə malik olan bu disklər fəqərələrə düşən yükü bərabər şəkildə paylayaraq onurğanın dinamikliyini təmin edir. Yaş artdıqca və ya disklər uzun müddət ağır yük altında qaldıqca onların tərkibində dayişikliklər gedir ki, bu da disklərin elastikliyini azalmasına və onların daha kövrək olmasına gətirib çıxarır.

Həkimin sözlərinə görə, disklərdə baş verən bu hadisə degenerasiya adlanır. Degenerasiyaya uğramış disklər zamanla yırtılmağa başlayır ki, yırtılan disk parçaları da onurğa kanalına girərək onurğa beynini və sinirləri sıxışdıra bilir (aztibb.az). Beləliklə, sadaladığım proseslərin sonunda xəstələrdə boyunun fəqərəarası disk yırtığı və yaxud boyun yırtığı əmələ gəlir:

"Boyun şöbəsinin disk yırtığı üçün xarakterik olan simptomlardan biri də boyun sinirinin sıxılması nəticəsində yaranan əldə ağrının olmasıdır. Ağrı gözlənilməz xarakter daşıyır. Ağrı çiyindən biləyədək yayılmış olur. Bəzən keylik və “iynə batması” hissləri də qeyd edilir. Boyun nahiyəsində fəqərəarası diskin yırtıqları ən çox C5-C6 / C6-C7 nahiyələrdə qeyd edilir. C4-C6 nahiyələrində disk yırtıqları daha az, C7-T1 nahiyələrində isə ən nadir hallarda rast gəlinir. Boyun şöbəsinin fəqərəarası disk yırtıqlarının xarakterik cəhəti onların kiçikölçülü olması və onurğa beyin sinirlərinə yaxın yerləşmələridir ki, bu səbəbdən də hətta kiçik ölçülü qabarma zamanı belə sinirin sıxılması və ağrının meydana gəlməsi ehtimalını yaradır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026