• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Britaniyada məhdudiyyətlər sərtləşdirilə bilər - "Omikron" sürətlə artır

DÜNYA

21 Dekabr 2021 | 00:50 | Müəllif: Qalib İbrahimoğlu

Britaniyada məhdudiyyətlər sərtləşdirilə bilər - "Omikron" sürətlə artır

"Hökumət həftə sonu Krallıqda üstünlük təşkil edən "omikron" ştamının sürətlə yayılması səbəbindən yeni koronavirus məhdudiyyətlərini nəzərdən keçirir".

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Baş nazir Boris Conson bazar ertəsi Böyük Britaniya Nazirlər Kabinetinin fövqəladə iclasından sonra jurnalistlərə bildirib.

Baş nazir ölkədə "omikron"a yoluxma hallarının, Londonda isə xəstəxanaya yerləşdirilənlərin sayının kəskin şəkildə artdığını deyib. Onun sözlərinə görə, daxil olan məlumatların daimi monitorinqinin zəruriliyi ilə bağlı razılığa gəlinib. 

"Biz insanların sağlamlığını və Milli Səhiyyə Sistemini qorumaq üçün əlavə addımlar ata bilərik. Biz tərəddüd etmədən bu addımları atacağıq, amma hələlik hər kəsi diqqətli olmağa, hökumətin göstərişlərinə əməl etməyə, özümüzü və ailəmizi qorumağa və buster doza ilə peyvən olunmağa çağırıram", - deyə Boris Conson bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026