• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkədə maskasız gəzəcəklər

DÜNYA

20 Yanvar 2022 | 00:28 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə maskasız gəzəcəklər

Omikron ştamının aşkarlanması kontekstində tətbiq edilən əksər koronavirus məhdudiyyətləri götürülüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki bunu ,Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışı zamanı  bəyan edib. 

Onun sözlərinə görə, gələn həftədən bu qaydalar tətbiq edilməyəcək: "Hökumət bəzi ictimai tədbirlərə və gecə klublarına baş çəkərkən tam peyvənd sertifikatının göstərilməsi ilə bağlı məcburi tələbi və tövsiyəni ləğv edir. İşəgötürənlər üçün işçiləri distant işlətmək tövsiyyəsi qüvvəsini itirir. Bundan əlavə, "hökumət artıq qapalı yerlərdə və ictimai nəqliyyatda maskaların məcburi taxılmasını tələb etməyəcək". 

Beləliklə, yanvarın 27-dən etibarən məcburi peyvənd başa çatacaq, baxmayaraq ki, müəssisələr bundan könüllü şəkildə istifadə etmək qərarına gələ bilərlər.

- İşçilərin işə geri çağırılmasına icazə verildi.

- Hökumət artıq heç bir yerdə üz maskalarının taxılmasını tələb etməyəcək.

- Siniflərdə maskalar tələb olunmayacaq və Təhsil Nazirliyi onların ictimai yerlərdə istifadəsi ilə bağlı tövsiyələri qısa müddətdə azaldacaq.

- COVID pasportları ləğv edilir.

- Qocalar evlərinə baş çəkməklə bağlı məhdudiyyətlər də yumşaldılacaq və yaxın günlərdə dəyişikliklər ediləcək.

- COVID-19 testi müsbət çıxanlar üçün özünütəcrid rejimi qalacaq.

Yanvarın 24-dən etibarən iki mənfi PCR testi ilə izolyasiya müddəti 5 tam günə endiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026