• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Nazir müavini korrupsiyaya görə saxlanıldı

DÜNYA

20 Yanvar 2022 | 00:05 | Müəllif: Subhan Mahmudov

Nazir müavini korrupsiyaya görə saxlanıldı

Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müavini Vladimir Tokarev korrupsiya işi üzrə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Tokarev Cinayət - Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılıb”, - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, nazir müavininə qarşı qaldırılan cinayət işi onun çalışdığı qurumla bağlı deyil.

Başqa bir mənbə isə Tokarevin yanvarın 31-dək məzuniyyətdə olduğunu və sonradan işdən çıxarılacağını bildirib.

Qeyd edək ki, Vladimir Tokarev Rusiya nəqliyyat nazirinin müavini vəzifəsinə ötən il təyin edilib. O, “Dostluq” ordeni ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026