• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyada COVID-19-a yoluxanların sayı 330 milyonu keçdi

DÜNYA

19 Yanvar 2022 | 23:43 | Müəllif: Qalib İbrahimoğlu

Dünyada COVID-19-a yoluxanların sayı 330 milyonu keçdi

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 330 milyonu, ölənlərin sayı isə 5,55 milyonu keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə dünya üzrə 332 617 707 nəfər koronavirusa yoluxub, 5 551 314 nəfər isə bu xəstəlikdən ölüb.

Son sutkada yoluxma sayı 3 156 986, ölüm sayı isə 6 889 olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 66 254 888. Növbəti yerlərdə Hindistan (37 901 241), Braziliya (23 074 791), Böyük Britaniya (15 399 304) və Fransa (14 346 424) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də (846 647) Birləşmiş Ştatlarda qeydə alınıb. Digər yerləri Braziliya (621 166), Hindistan (487 202), Rusiya (323 376) və Meksika (301 469) bölüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026