İndoneziyanın Yava adasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Boqor şəhərindən 45 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 134 kilometr dərinlikdə olub.
Xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.


jpg-1670476479.jpg)













