Biləsuvarda avtomobil aşıb.
Bakıvaxtı.az xəbər verir ki, qəza hadisəsi rayonun Çaylı kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetmənin itməsi nəticəsində aşıb. Qəza zamanı rayonun İsmətli kənd sakini, 1952-ci il təvəllüdlü Eynulla Cəbrayılov ölüb.
Faktla bağlı araşdırma aparılır. /APA















