• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bu gün onların PEŞƏ BAYRAMIDIR

CƏMİYYƏT

17 Iyun 2022 | 12:02

Bu gün onların PEŞƏ BAYRAMIDIR

Bu gün, iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür.

"Ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, hər il 17 iyunun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunması fəaliyyətimizə verilən ən yüksək töhfədir.
Dövlət başçımız cənab İlham Əliyevin, Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyevanın səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdıqları mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür", - deyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun təbrikində bildirilib.

O qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, vətəndaşların pulsuz müayinə və müalicəsi, dərman vasitələrilə təmin olunması, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərindəndir: "Bu istiqamətdə əldə olunan uğurlarda sizin də əməyiniz danılmazdır.
Ümid yeri olmaq, insanlara şəfa vermək məsuliyyətli olduğu qədər də müqəddəs işdir. Elə bu nəcib fəaliyyətlərinə görə həkimlər hər cür hörmət və ehtirama layiqdirlər.

Pandemiya dövründə, 44 günlük Vətən müharibəsində göstərdiyiniz əzmkarlığa görə sizə xüsusi təşəkkür edirəm!

Sizin hər birinizi Peşə Bayramı münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, şərəfli işinizdə yeni nailiyyətlər diləyirəm!

İnanıram ki, bundan sonra da dövlətimizin və xalqımızın rifahı naminə insanların sağlamlığının keşiyində şərəflə dayanacaq, vəzifənizin öhdəsindən layiqincə gələcəksiniz!"

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026