Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Bakıvaxtı.az xəbər verir ki, AC və BA vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kompüter vasitəsilə keçirilib.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.
Bu imtahanda 61 namizəd iştirak edib.
İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 16 nəfər, BA4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 45 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 20-22 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.
Kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə yaxın 2 gün ərzində elan olunacaq.
*** 14:42
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.
DİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
***
07:00
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.
Məlumata görə, imtahanda 1021 namizəd iştirak edəcək. Onlardan 795-i Azərbaycan, 226-sı isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.
Aytac Aslan











png-1658215151.webp)




