• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bu halda tədris yenidən distand formaya qayıda bilər

CƏMİYYƏT

07 Sentyabr 2021 | 14:37

Bu halda tədris yenidən distand formaya qayıda bilər

"Yoluxma sayı 3 mini keçsə tədris yenidən distand formaya qayıda bilər"

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən brifinqdəki çıxışı zamanı bildirib. 

Nazir qeyd edib ki, distand və ya hibrid təhsil forması Təhsil Nazirliyinin sevimli hesab etdiyi forma deyil: "İtimaiyyəti maraqlandıran əsas məsələ odur ki, təhsil yenidən distand formaya qayıda bilərmi. Distand və ya hibrid təhsil forması Təhsil Nazirliyinin sevimli hesab etdiyi forma deyil. Biz sadəcə pandemiyanın yaratmış olduğu risklə bu qərarları vermişik. Yoluxma sayı əgər 3-4 mini keçərsə yenidən qapanmaya getmək məcburiyyətində qala bilərik. Sadəcə olaraq, vaksinasiya olunanların sayını nəzərə alıb belə proqnozlaşdırırıq ki, bu ayın sonuna qədər yoluxma sayı da tədricən aşağı düşəcək. Vaksinasiyanın genişlənməsi bizə bu istiqamətdə böyük kömək etmiş olur".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026