• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis Bakıda koronavirusa qarşı reydlərə başladı

CƏMİYYƏT

07 Oktyabr 2021 | 12:57 | Müəllif: Subhan Mahmudov

Polis Bakıda koronavirusa qarşı reydlərə başladı

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxtın Pirallahı rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi və Dövlət Yol Polis bölməsi əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda və mağazalarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026