• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xocavənddən 7 ton dəmir çıxarmaq istədi, tutuldu

CƏMİYYƏT

06 Noyabr 2021 | 12:02 | Müəllif: Subhan Mahmudov

Xocavənddən 7 ton dəmir çıxarmaq istədi, tutuldu

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Şacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatı və 2 baş heyvan aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026