• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Bu il AÇG üzrə hasil edilən neftin həcmi açıqlanıb

CƏMİYYƏT

06 Noyabr 2025 | 11:58

Bu il AÇG üzrə hasil edilən neftin həcmi açıqlanıb

2025-ci ilin ilk üç rübü üzrə "Azəri-Çıraq-Günəşli"dən (AÇG) gündə orta hesabla 327 min barrel, ümumilikdə isə təxminən 89 milyon barrel (12 milyon ton) neft hasil olunub.

Bakıvaxtı.az bu barədə BP şirkətinə istinadən xəbər verir. Məlumata görə, hasilat Çıraq (21 min barrel/gün), Mərkəzi Azəri (88 min), Qərbi Azəri (75 min), Şərqi Azəri (43 min), Dərinsulu Günəşli (52 min), Qərbi Çıraq (24 min) və ACE (24 min) platformalarından birlikdə əldə edilib.

Bildirilib ki, 2025-ci ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Qeyd edilib ki, fevralın 18-də AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 illiyini qeyd edib. Bu müddət ərzində yalnız həmin platformadan ümumilikdə 1,2 milyard barrel (155 milyon ton) neft hasil edilib.

Üçüncü rübün sonunda AÇG-də istismarda olan quyuların ümumi sayı 203 olub. Onlardan 145-i neft hasilat, 48-i su injektor və 10-u qaz injektor quyularıdır.


SON XƏBƏRLƏR

05 Noyabr 2025