• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 41 % artıb

Gündəm

10 May 2024 | 11:40

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 41 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana hava nəqliyyatı ilə 926 min 652 nəfər sərnişin daşınıb.

Bakıvaxtı.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 % çoxdur.

4 ayda Azərbaycana 263 min 505 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,6 % artım deməkdir.

Təkcə aprel ayında Azərbaycana 258 min 176 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 46,3 % çoxdur. Apreldə Rusiyadan 71 min 835 sərnişin daşınıb ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 38,7 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 217 min 689 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 131 min 325 sərnişinlə (+42 %) daxil olub.


SON XƏBƏRLƏR

20 May 2024