• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu məhdudiyyətlərin müddəti uzadıldı

DÜNYA

26 Oktyabr 2022 | 11:42

Bu məhdudiyyətlərin müddəti uzadıldı

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini noyabrın 3-ü, saat 03:45-dək uzadıb.

Bakıvaxtı.az  xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limandaların istifadə etmək tövsiyə olunur.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət 40-cı dəfədir uzadılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026