Şotlandiyada orta məktəb müəllimləri tətil keçirirlər.
Bakıvaxtı.az xəbər verir ki, məktəblərlə bərabər uşaq bağçalarındakı müəllimlər də tətilə qoşulublar.
Aksiya iştirakçıları maaşlarının inflyasiyaya uyğun olaraq artırılmasını tələb edirlər. Onlar təklif etdikləri rəqəmin qəbul edilməyəcəyi təqdirdə yenidən tətil keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, bu, şotlandiyalı müəllimlərin 1980-ci ildən bəri ilk dəfə keçirdikləri tətildi.
Nuranə Daxilqızı
















