Braziliyanın Lajeado do-Buqre şəhərinin meri Robert Maciel dos Santos iş yerində güllələnib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə TASS məlumat yayıb.
Merin mühafizəçiləri maskalı və silahla naməlum şəxsin Santosun ofisinə girərək atəş açdığını bildiriblər. Daha sonra atəş açan şəxs avtomobilə minib qaçıb.
Məmur yerindəcə dünyasını dəyişib.
Bundan əlavə, hücumçunun şəhər administrasiyasının əməkdaşına da atəş açdığı qeyd edilir. Zərərçəkmiş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, oktyabr ayında Meksikanın cənub-qərbində Gerrero ştatının San Migel Totolapan kəndində 18 nəfər naməlum hücumların qurbanı olub. Ölənlər arasında şəhərin meri Konrado Mendoza da var.
Aytac Aslan
















