• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu münaqişə bitəcək, yenisi başlayacaq

SİYASƏT

04 Dekabr 2023 | 10:00

Bu münaqişə bitəcək, yenisi başlayacaq

Xəbər verdiyimiz kimi, dekabrın 1-dən İsrailin Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. Buna səbəb HƏMAS hərəkatının atəşkəs rejimini pozması və İsrail ərazisini atəşə tutması olub.

Xatırladaq ki, noyabrın 24-dən Qəzzada İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilmişdi.

Tərəflər arasında yenidən atəşkəs elan oluna bilərmi? İsrail-HƏMAS müharibəsi nə qədər müddət davam edəcək?

Siyasi şərhçi Mübariz Göyüşlü Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, atəşkəsin pozulması gözlənilən idi. Onun sözlərinə görə, xüsusən İsrail tərəfinin tədbiq etdiyi üsul, göstərdiyi davranış atəşkəsin uzun sürməyəcəyinə, ciddi şəkildə pozulacağına, bununla da müharibənin növbəti fazasının başlayacağına işarədir: “Artıq İsrail ordusu elan edib ki, Qəzzanın cənub hissəsində aktiv hərbi əməliyyatlara başlayır. Hesab edirəm ki, bu da əldə olunan atəşkəsin yekunlaşması deməkdir. HƏMAS-ın da cavab tədbirləri həyata keçirmək üçün İsrailin müxtəlif şəhərlərini raket atəşinə tutması gərginliyin tezliklə azalacağı ilə bağlı ümidlərimizi azaldır”.

Müsahibimiz qeyd edib ki, ümumilikdə, iki dövlətli həll prinsipi əsas götürülməyincə, bu istiqamətdə əməldə ciddi addımlar atılmayınca münaqişənin uzanmasının şahidi ola bilərik: “Hətta bu münaqişə bitərsə, növbəti münaqişələrin də başlana biləcəyinə ehtimal edə bilərik. Təəssüf ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar iki dövlətli həll prinsili ilə bağlı yalnız bəyanat verir, siyasi çıxışlar edirlər. Realda isə hər hansı cəhd göstərmirlər. Ona görə də, bu cür vəziyyət yaranır”.

Mübariz Göyüşlü: İki dövlətli həll prinsipi əsas götürülməyincə münaqişənin uzanmasının şahidi ola bilərik

M.Göyüşlü bildirib ki, bu durumu düzəltmək üçün edilən xırda atəşkəs razılaşmaları on minlərlə insanın ölümünün qarşısını ala bilmir: “Ona görə, hesab edirəm ki, böyük güclər iki dövlətli həll prinsipi istiqamətində ciddi addımlar atmalı, bu gərginliyi sonlandırmalıdırlar”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024