• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu rayonlarda qaz olmayacaq

CƏMİYYƏT

16 Avqust 2023 | 23:19

Bu rayonlarda qaz olmayacaq

“Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar avqustun 17-si saat 08:00-dan, “Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin “Müşfiqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədilə saat 10:30-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Balakən rayonunun bir hissəsinin, paytaxtın Abşeron rayonunun Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun isə 28 May qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR