• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu rayonlarda yanğın indeksi yüksəkdir

CƏMİYYƏT

11 Avqust 2023 | 19:06

Bu rayonlarda yanğın indeksi yüksəkdir

Respublikanın bəzi bölgələrində avqustun 11-də yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Şəmkir, Daşkəsəndə orta, Gədəbəy, Tovuzda yüksək, Ağdam, Naftalan, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksəkdir.

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Qax, Zaqatala, Balakəndə orta, Qəbələ, Oğuzda isə yüksək yanğın təhlükəsi növünə çatıb.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağda orta, Qusar, Xızıda yüksək, Quba, Şabranda isə çox yüksəkdir.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi İsmayıllı, Şamaxıda yüksək, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada orta, Yardımlıda yüksək, Lənkəranda isə çox yüksəkdir.

Qeyd edək ki, avqustun 12-14-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026