• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kür çayında suyun səviyyəsi qalxıb

CƏMİYYƏT

10 Sentyabr 2023 | 18:26 | Müəllif: Subhan Mahmudov

Kür çayında suyun səviyyəsi qalxıb

Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrə qədər qalxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, son günlər ölkəmizdə havaların qeyri-sabit və yağıntılı keçməsi dağ çaylarında olduğu kimi, Kür çayına da təsirini göstərib.

Bu, xüsusən çayın aşağı axınında - Salyan rayonundan keçən hissəsində özünü daha çox büruzə verir. Belə ki, təkcə son iki gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 95 santimetr qalxıb.

Bu da Kür sahilində quraşdırılmış dayanıqlı və üzən su nasoslarının məhsuldar işləməsinə müsbət təsir göstərib.

Mütəxəssislərin fikrincə, proses bir neçə gün davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR