• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bu tarixdən dünyada Deltanı Omikron əvəz edəcək

DÜNYA

17 Dekabr 2021 | 21:43 | Müəllif: Subhan Mahmudov

Bu tarixdən dünyada Deltanı Omikron əvəz edəcək

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi 2022-ci ilin ilk iki ayında koronavirusun Omicron variantının Avropada dominant variant olacağını gözləyir.

Bakıvaxtı.az bildirir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) yenilənmiş riskin qiymətləndirməsi hesabatında Omicron variantının yaxın bir neçə ay ərzində Avropa ölkələrində çox sürətlə yayılacağına dair gözləntilər yer alır.

Hesabatda Avropada dominant variant olan Deltanın 2022-ci ilin ilk iki ayında Omicron variantı ilə əvəzlənəcəyi vurğulanıb.

Qeyd olunur ki, ölüm və xəstəxanaya yerləşdirmə sayının da artıracağı güman edilir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Omicron variantı dünyanın 77 ölkəsində aşkar edilib, əslində isə rəqəm daha çoxdur. /medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026