• Bakı 20° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Bu telefonlarda "WhatsApp" işləməyəcək

CƏMİYYƏT

04 Aprel 2025 | 09:29

Bu telefonlarda WhatsApp işləməyəcək

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramlarından biri olan "WhatsApp", 1 May 2025-ci il tarixindən etibarən tətbiqin bəzi köhnə model telefonlarda işləməyəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu cihazların siyahısını dərc edən Meta, proqram tələblərinə uyğun gəlmədiyi üçün tətbiqin istifadə edilə bilməyəcəyini söyləyib.

Meta-nın açıqlamasına görə, bu dəyişikliyin səbəbləri arasında performans problemləri, təhlükəsizlik riskləri və istifadəçi təcrübəsinə mənfi təsir göstərən amillər daxildir.

2025-ci il mayın 1-dən "WhatsApp" yalnız iOS 15.1 və yuxarı versiyaları dəstəkləyəcək. Bu o deməkdir ki, köhnə iOS versiyaları olan cihazlar proqrama daxil ola bilməyəcək.

Yeniləmə xüsusilə köhnə iPhone modelləri olan milyonlarla istifadəçiyə təsir edəcək:

İphone:

iPhone 5

iPhone 5C

iPhone 6 seriyası

Samsung:

Galaxy Ace Plus

Galaxy Note 3 seriyası

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Aprel 2025