• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu vaksin də təcili istifadə üçün TƏSDİQLƏNDİ

DÜNYA

17 Dekabr 2021 | 23:03 | Müəllif: Qalib İbrahimoğlu

Bu vaksin də təcili istifadə üçün TƏSDİQLƏNDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha bir vaksini təcili istifadə üçün təsdiqləyib.

Bakıvaxtı.az ÜST-ə istinadən xəbər verir ki, bu, Amerikanın Novavax şirkətinin lisenziyası əsasında Hindistanın Serum İnstitutu tərəfindən istehsal edilən Covovax koronavirus peyvəndidir.

Məlumata görə, ÜST bu gün təsdiqlənmiş SARS-CoV-2 vaksinlərinin siyahısını genişləndirərək NVX-CoV2373 üçün Fövqəladə İstifadə Siyahısını (EUL) yayımladı. CovovaxTM adlı peyvənd Hindistan Serum İnstitutu tərəfindən lisenziya əsasında istehsal olunur: "Novavax və COVAX portfelinin bir hissəsidir. Bu, aşağı gəlirli ölkələrdə daha çox insanı peyvənd etmək üçün davam edən səylərə çox lazımlı təkan verir”.

Ümumdünya Səhiyyə Təşkilatının təsdiqi COVAX dərman siyahısında olmaq və beynəlxalq satınalma üçün ilkin şərtdir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026