• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bunu edə biləcək adam mənəm - Tramp

DÜNYA

29 Yanvar 2023 | 10:55

Bunu edə biləcək adam mənəm - Tramp

Bayden dövründə millətimiz eqoist, radikal və korrupsioner siyasi quruluş tərəfindən məhv edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş lideri Donald Tramp çıxış edib.

Trampın sözlərinə görə, ölkənin indiki rəhbərliyinin bunu niyə etdiyini heç kim bilmir. Onun fikrincə, Demokratlar Partiyasının rəhbərliyi radikal solçudur:

"Düşünürəm ki, bir çox hallarda onlar marksistlər və kommunistlərdir".

Tramp vurğulayıb ki, ABŞ-a ilk gündən “gecikmədən işə başlamağa” hazır olan prezident lazımdır: "Və bu, mənəm".

Qeyd edək ki, ötən gün D.Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətini elan edib.


SON XƏBƏRLƏR

19 Aprel 2024