• Bakı 14° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Buzovnada baş verən qətlə görə cinayət işi başlanıldı

HADİSƏ

29 Aprel 2024 | 10:52

Buzovnada baş verən qətlə görə cinayət işi başlanıldı

Aprelin 28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon Prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

     

    İbtidai istintaq davam etdirilir.


    SON XƏBƏRLƏR

    15 May 2024