• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Çavuşoğlunun tələbinə İrəvandan cavab

DÜNYA

10 May 2023 | 00:30 | Müəllif: Subhan Mahmudov

Çavuşoğlunun tələbinə İrəvandan cavab

İrəvan hakimiyyəti "Nemezis" abidəsini sökmək niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni xidmətinə İrəvan meriyasından bildirilib.

Qeyd edək ki, türk və azərbaycanlı diplomatları qətlə yetirməklə məşğul olan "Nemezis" terror hərəkatına İrəvanda abidə qoyulduqdan sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə "Nemezis" abidəsinin sökülməyəcəyi təqdirdə rəsmi Ankaranın əlavə tədbirlər görəcəyini də elan edib.

Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələdə Türkiyənin mövqeyini doğru hesab etsə də, "satqın adlandırılmaqdan qorxduğu üçün" bu abidənin qoyulmasına qarşı çıxa bilmədiyini demişdi./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026