• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İstanbulda qanlı atışma: 2 nəfər öldü, 4-ü yaralandı

DÜNYA

08 Iyun 2023 | 23:23 | Müəllif: Subhan Mahmudov

İstanbulda qanlı atışma: 2 nəfər öldü, 4-ü yaralandı

İstanbulun Fateh ilçəsində yerləşən Katip Kasım Məhəlləsindəki bazar ərazisində naməlum şəxs ətrafa atəş açıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, bazarda çalışan Bəşir.K. və Harun.K. həmin şəxslə naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Bundan sonra ərazini tərk edib, axşam saatlarında oraya qayıdan şübhəli üzərindəki silahla adıçəkilənlərə atəş açıb və nəticədə qarşılıqlı atışma yaşanıb.

Atışmada ağır yaralanan Bəşir.K. və Harun.K. aparıldıqları xəstəxanada həyatlarını itiriblər.

Bundan əlavə, atışma zamanı 4 nəfərin də yaralandığı bildirilib.

Məlumata görə, polisin axtarışları nəticəsində hadisəni törədən şəxs yaxalanıb.

Olayla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026