• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Ceyhun Bayramov Brüsselə gedir

SİYASƏT

10 Noyabr 2021 | 21:35 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Brüsselə gedir

“Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri noyabrın 15-də Brüsseldə görüş keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurası məlumat yayıb.

Toplantıda tərəfdaşlığın inkişafı və onun xalqlara fayda gətirməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Xüsusi diqqət idarəçilik və investisiyalar, həmçinin dayanıqlılıq, bərpa və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsi məsələlərinə yönəldiləcək.

Qeyd edək ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistan təmsil olunur. Belarus təşəbbüsdə iştirakını bu ilin iyununda dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026