• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Çimərliyə axıdılan çirkab suları ilə bağlı açıqlama

CƏMİYYƏT

14 Iyun 2021 | 16:25

Çimərliyə axıdılan çirkab suları ilə bağlı açıqlama

“Kürdəxanı çimərliyi istiqamətində axıdılan çirkab suları mənbəyini Zabrat gölü ətrafında formalaşan çirkab sularından götürür. Bu göl ətrafında mərkəzləşdirimiş kanalizasiya sistemi olmadığından ətrafda yaşayan əhali tərəfindən çirkab suları Zabrat gölünə, buradan isə təmizlənmədən Kürdəxanı istiqamətində Xəzər dənizinə axıdılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov nazirliyin rəsmi “facebook” səhifəsinə canlı yayımlanan “Ekspert saatı” proqramında bildirib.

O, qeyd edib ki, bu məsələ ilə bağlı olaraq nazirlikdə qeydiyyat aparılıb və analizlər götürülüb: “Bu məsələyə görə, “Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsinin rəhbəliyinə vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə edilib. Eyni zamanda məcburi göstəriş verilib ki, həmin sular təmizlənərək Xəzər dənizinə axıdılması təmin edilsin. Bununla bağlı artıq müvafiq işlərə başlanılıb”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026