• Bakı 20° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Daha 5 cüdoçumuz mübarizəyə başlayır

İDMAN

19 Fevral 2022 | 11:33 | Müəllif: Subhan Mahmudov

Daha 5 cüdoçumuz mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq. 90 kq çəki dərəcəsində çıxış edən Məmmədli Mehdiyev 1/8 final mərhələsində Nadav Zuratla (İsrail) üz-üzə gələcək.

Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margiani (Gürcüstan) ilə görüşəcək.

100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarla (Monqolustan), eyni çəkidəki Elmar Qasımov Robert Florentino (Dominikan Respublikası) ilə qarşılaşacaq.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR