• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Daha bir İsrail gəmisi Yəməndə ələ keçirildi

DÜNYA

26 Noyabr 2023 | 20:42 | Müəllif: Subhan Mahmudov

Daha bir İsrail gəmisi Yəməndə ələ keçirildi

Yəmən sahillərində İsraillə əlaqəsi olan “Central Park” neft tankeri ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.

“Yəmənin Ədən sahillərində İsraillə əlaqəsi olan neft tankeri naməlum qüvvələr tərəfindən qaçırılıb”, - məlumatda deyilir.

Bildirilib ki, gəmi “Zodiac Maritime” şirkətinə məxsusdur.

Qeyd edək ki, ötən gün israilli milyarderə məxsus gəmi Hind okeanında İran PUA-sı tərəfindən hücuma məruz qalmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026