• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bu mübarizədə MDB ölkələri arasında əməkdaşlıq tələb olunur" - Putin

DÜNYA

26 Dekabr 2023 | 20:30 | Müəllif: Subhan Mahmudov

"Bu mübarizədə MDB ölkələri arasında əməkdaşlıq tələb olunur" - Putin

"MDB ölkələri arasında tarixin saxtalaşdırılması və nasizmlə mübarizə məsələlərində əməkdaşlıq tələb olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünü açarkən deyib.
“Birlik üzvlərinin ən yaxın əməkdaşlığı, xüsusən də tarixi saxtalaşdırmaq və nasizmi izzətləndirmək cəhdləri ilə mübarizədə hələ də tələb olunur”, - Putin bildirib.

Onun sözlərinə görə, buna görə də Böyük Vətən Müharibəsi illərində həlak olanların xatirəsinə həsr olunmuş “Ölməz alay”, “Müqəddəs Georgi lenti” və “Yaddaş qatarı” kimi onsuz da rəmzi olan tədbirləri davam etdirmək lazımdır. 

Rusiya lideri qeyd edib ki, daha sonra qonaqları ilə qeyri-rəsmi şəraitdə MDB ölkələri və xalqları arasında əlaqələrin tarixi kontekstində danışmağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026