• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

MİT-dən Suriyada əməliyyat: 50-yə yaxın hədəf vuruldu

DÜNYA

26 Dekabr 2023 | 18:53 | Müəllif: Subhan Mahmudov

MİT-dən Suriyada əməliyyat: 50-yə yaxın hədəf vuruldu

MİT terror təşkilatı PKK-nın Suriyanın Aynularab, Qamışlı və Amude bölgələrində məsul təşkilat ünsürləri də daxil olduğu obyektləri məhv edib, 50-yə yaxın hədəf vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) ilk növbədə PKK-nın hərəkətliliyini və infrastrukturunu hədəfə alıb. PKK-nın geyimdən silaha, partlayıcıdan gündəlik məişət materiallarına qədər istifadə etdiyi bütün məhsulları Suriyadakı obyektlərində istehsal etdiyi müəyyən edilib.

Bunun üzərinə MİT-in sahə agentləri hərəkətə keçərək Suriyanın Qamışlı, Amude və Ayn Əl Ərəb bölgələrində PKK-nın hərbi, iqtisadi və logistika obyektlərinin mülki görünüşdə fəaliyyət göstərdiyini müəyyən ediblər. Bütün obyektlərin yerləşmə məlumatları mərkəzə ötürülüb.

Təşkilatla bağlı strategiya müəyyənləşdirildikdən və hazırlıqlar tamamlandıqdan sonra əməliyyata başlanılıb.

Əməliyyat zamanı təşkilata məxsus bütün hədəflənmiş infrastruktur obyektləri dəqiqliklə məhv edilib, 50-yə yaxın hədəf vurulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026