• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda 2 küçədə sürət həddi endirildi - YENİLƏNİB

CƏMİYYƏT

28 Avqust 2023 | 17:33 | Müəllif: Subhan Mahmudov

Bakıda 2 küçədə sürət həddi endirildi - YENİLƏNİB

Bakının Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.

 

12:26

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib.

28 avqust tarixindən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026