Yuxuda qayınatanızı görmək müsbət mənaya yozulacaq yuxudur. Bu, yuxu görənin işlərinin yaxşı gedəcəyinə və maddi cəhətdən rahat bir dövrə girəcəyinə işarədir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, yuxusunda qayınatasını görən insanlara gündəlik həyatlarına fikir vermələri, bununla da qazanclarını artırmaları tövsiyə edilir. Xüsusilə maliyyə məsələlərində diqqətli olmaq, bu dövrdə lüzumsuz xərclərdən uzaq olmaq tövsiyə olunur.
Yuxusunda qayınatasını görən insan karyerasında daha da yaxşı yerlərə çatacaq.
Ancaq bəzi təfsirçilər bu yuxunun mənfi tərəflərini də görürlər. Yuxusunda qayınatasını görən insanlar bəziləri ilə maraq toqquşması nəticəsində mübarizə aparmalı ola bilər.
Əgər yuxunuzda ölmüş qayınatanızı görürsünüzsə, bu, yuxu fərdi bir yuxudur və birbaşa sizə aiddir. Yuxuda ölmüş qayınatanızı görmək bu adamın sizdən dua gözləməsinə yozula bilər. Onun qəbrinə gedib adına yaxşı işlər görüb dua edə bilərsiniz.
Yuxuda ölmüş qayınatanızı görməyin başqa bir mənası da onun yerinin rahat olduğu mənasındadır.
Ay Tac